Ferrari-də Şarl Lekler və Lyuis Həmilton SF-24 maşınını növbə ilə idarə ediblər, McLaren-də isə Oskar Piastri MCL60-ı bütün gün idarə edib. Hər iki maşın 2026-cı ilin təkər ölçülərinə uyğunlaşdırılıb – gələn ildən ön təkərlər 25 mm, arxa təkərlər isə 30 mm daha dar olacaqlar.
Testlərin ikinci günündə sürücülər ümumi 300 dövrə vurublar. Piastri 152 dövrə vurarkən, Ferrari sürücülərinin hər birində bu say 74 olub. Dövrəvi nəticələrin əhəmiyyət daşımadığı testlərdə sürücülər müxtəlif tərkibli təkərlərlə işləyiblər. Lakin Pirelli hər sürücünün ən yaxşı nəticəsini dərc edib – Lekler 1:14.971, Piastri 1:15.815, Həmilton isə 1:16.759-luq nəticə göstərib.
Mario İzola: “Faydalı gün idi, biz müxtəlif təkər variantlarını müqayisə edə bildik və daha sərt tərkiblərlə sınaq keçirə bildik. Barselona trası aşınma və deqradasiya baxımından təkərlərə ən tələbkar olanlar traslardan biridir, ona görə də indi toplanmış məlumat bu nəsil şinlərin gələcək inkişafı üçün çox vacibdir. İlin startında çox iş oldu, mövsüm başlamazdan əvvəl dörd günlük sınaqlarımız baş tutdu və mən bizimlə işləyən komandalara təşəkkür etmək istəyirəm, çünki onların da çox sıx qrafiki var”.
Gələn həftə Pirelli mühəndisləri Xeresdə iki günlük test keçirəcəklər, Alpine hər iki gündə işə cəlb olunacaq, McLaren və Mercedes isə hər biri bir gün işləyəcək. Yeni təkərlər üçün mövsümöncəsi son sınaqlar martın 2-də və 3-də Bəhreyndə Saxir trasında keçiriləcək, Alpine və Williams hər iki gündə iştirak edəcək. Daha sonra orada üç günlük rəsmi testlər olacaq, bundan sonra komandalar Avstraliyaya yola düşəcəklər.
Şərh əlavə et