Kokpit.az bildirir ki, Ferrari komandası tanınmış ticarət platforması Vantage Markets ilə çoxillik sponsorluq müqaviləsi bağlayıb.
İtalyan təmsilçisi bildirib ki, bu müqavilə hesabına Vantage Formula 1-in ekosistemində olacaq və həm yarış azarkeşlərinə, həm də sərmayədarlara fürsətlər təqdim edəcək. Bu tərəfdaşlıq hesabına həm trasda, həm trasdan kənarda Ferrari limitləri sona qədər yoxlayacaq.
Scuderia Ferrari HP komandasının kommersiya gəlirləri üzrə məsulu Lorenzo Corcetti müqavilə barədə bunları deyib: “Vantage Markets-i Scuderia Ferrari HP-nin rəsmi tərəfdaşı olaraq gördüyümüz üçün çox sevincliyik.
Bu tərəfdaşlıq yenilik, həssaslıq və performans kimi dəyərlərin üzərinə qurulub. Bunlar həm Formula 1-də komandamızın, həm də ticarət dünyasında Vantage-ın əsas prinsipləridir. Qlobal izləyicilərimizi həyəcanlı etmək üçün səbirsizliklə gözləyirik”.
Şərh əlavə et