Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Çjou Ferrari-nin ehtiyat pilotudur

Quanyu Çjou və Antonio Covinatsi yeni növsümdə Ferrari-nin ehtiyat sürücüsü olacaqlar.

Kokpit.az xatırladır ki, Quanyu Çjou Formula 1 tarixində yarışmış ilk çinli sürücüdür. O, karyerasına 2022-ci ildə Sauber komandasından başlamış və burada 3 mövsüm keçirmişdi.

Lakin Çjou 2024-cü ildə Sauber-ə xal qazandıran yeganə sürücü olsa da, mövsümün sonunda komandadan göndərilib. Buna baxmayaraq Ferrari öz yetirməsinə sahib çıxıb və onu ehtiyat sürücü kimi heyətinə qatıb.

Qeyd edək ki, Çjou 2014-cü ildə Ferrari Sürücü Akademiyasına qatılıb və burada kartinq karyersını başa vurub. 2015-ci ildə İtaliya Formula 4 Çempionatında ikinci olub. Daha sonra F3 Avropa Çempionatında bir neçə yarış qazanıb.

Lakin Çjou 2018-ci ildə Ferrari Sürücü Akademiyasından ayrılıb və Renault-nun akademiyasına qatılıb və burada Formula 1-ə yüksəlib.

Çjou 2025-ci ildə Antonio Covinatsi ilə birlikdə Ferrari-nin ehtiyat sürücüsü olacaq. Covinatsi eyni zamanda Ferrari-ni Dözümlülük Çempionatında da təmsil edir. Buna görə də Çjou bəzi həftəsonlarında tək başına Ferrari-nin ehtiyat pilotu olacaq. Bu hal onun gələcəkdə yarışlara qayıtmasına kömək edə bilər.

Xüsusən də 2026-cı ildə idmana gəlməyə hazırlaşan Cadillac-ın Ferrari mühərriklərindən və ötürmələr qutusundan istifadə edəcəyini düşünsək, bu hal çinli sürücü üçün fürsət ola bilər.

Rauf Hacıyev

Şərh əlavə et