Kokpit.az bildirir ki, 1743-cü ildə qurulmuş Moët & Chandon uzun illər avtoidmanda iştirak edib. Fransız şərab brendi Formula 1-in ilk mövsümündən bəri xüsusi yerə sahibdir. 1950-ci ildə Pol Çandon-Moyet və əmisioğlu Kont Frederik Çandon de Bril Fransa Qran Prisini qazanan Xuan Manuel Fanxionu şampana qonaq etmişdi. O gündən sonra Moët & Chandon-u Ceki Stüart, Ayrton Senna, Mika Həkkinen və Mixael Şumaxer kimi əfsanələr içmişdilər.
Bu il Formula 1-in 75-ci ildönümü qeyd olunur və mövsüm ərzində podiumdakı 3 sürücü və qalib gələn komanda uğurlarını Moët & Chandon içərək qeyd edəcəklər.
Bundan başqa Moët & Chandon Belçila Qran Prisinin titul sponsoru olub.
Formula 1-in rəhbəri Stefano Domenikali: “Podiumda qədəh qaldırmaq ənənəsi idmanımızın əfsanəvi anlarından biridir. Moët & Chandon-u rəsmi şampan tərəfdaşımız kimi təqdim etməkdən qürur duyuruq. Bu tərəfdaşlıq hesabıba Formula 1 ilə Moët & Chandon arasındakı bağlar güclənəcək və tarix, hisslər, mükəmməllik bir araya gələcək. 75-ci ildönümümüzdə Moët & Chandon-un podiuma qayıtması LVMH ilə tərəfdaşlığımızı daha da yaxşılaşdırır. Bu mükəmməl tərəfdaşlığa birlikdə qədəh qaldırmaq üçün səbirsizlənirik”.
Moët & Chandon-un rəhbəri Sibil Şerer: “Formula 1-in rəsmi şampanı kimi qayıtdığımız üçün qürurluyuq. 1950-ci illərdən bəri gələn tərəfdaşlığımızı qeyd edirik. Həm avtoidmanda, həm də sənətimizdə mükəmməl komanda işi, qüsursuz həssaslı və mükəmməllik arzusi bizi bir araya gətirir”.
Şərh əlavə et