Son iki həftədə Fyorano və Barselonada apardıqları testlərdən sonra Ferrari Pirelli-nin quru təkər testləri üçün McLaren-lə birgə trasa çıxıb. Keçən həftə Pirelli Lando Norris və Oscar Piastri ilə birlikdə Pol Rikar trasında təkər testi edib və 2026-cı il mövsümündə istifadə olunacaq yaş və keçid təkərlərini sınaqdan keçiriblər. 2026-cı il qaydaları cari 18 düymlük təkər diametrinin saxlanmasını, lakin ön və arxa oxlarda təkər eninin və xarici diametrinin bir qədər azaldılmasını nəzərdə tutur.
Pirelli bu testdə 2026-cı il üçün hazırlanmış quru hava təkərlərini sınaqdan keçirib. Şarl Lekler və Lyuis Hamilton testlərin ilk günündə Ferrari-nin 2024-cü il bolidi SF-24 ilə trasa çıxıblar.
Ferrari komandası SF-24-ü daha kiçik ön və arxa qanadlarla təchiz etməklə, gələnilki texniki dəyişikliklərə uyğun olaraq asfaltayatma gücünü simulyasiya etməyə çalışıb. Test zamanı Həmilton Leklerdən 0.1 saniyə daha sürətli olub, 1:15,93 zaman nəticəsi göstərib.
McLaren pilotu Norris iki sürücüdən daha sürətli olub və günü 1:15.21 zaman nəticəsi ilə lider kimi başa vurub.
Pol Rikarddakı testdən sonra danışan Pirelli-nin avtoidman direktoru Mario İzola bildirib ki, Bəhreyndə mövsümöncəsi testlər başlamazdan əvvəl daha iki test sessiyası keçirəcəklər: “Mövsümün əvvəli inkişaf işlərində iştirak edən mühəndislərimiz üçün çox gərgin olacaq. Pol Rikarddakı bu testdən sonra yaxın iki həftə ərzində daha iki test keçirəcəyik. Onların hər ikisi İspaniyada olacaq və əsas diqqət quru təkərlərə yönəldiləxək.
4-5 fevralda McLaren və Ferrari Barselona trasında işləyəcəklər. Sonra, 12-13 fevralda Alpine bizimlə iki gün Xeres trasında işləyəcək. McLaren və Mercedes isə hərəyə bir gün test keçirəcəklər”.
Şərh əlavə et