Kokpit.az bildirir ki, ispaniyalı sürücü Williams-ın 2024-cü il bolidi ilə Əbu Dabidə cəmi 146 dövrə vurmuş və sabiq komanda yoldaşı Şarl Leklerdən sonra ikinci olmuşdu.
Williams komandası keçən bazar günü 2023-cü il maşını ilə test etdiyini təsdiqləyib. Sükan arxasına Aleks Elbon və Karlos Sayns növbəli şəkildə keçiblər.
Yeni qaydalara görə çempionatda çıxış edən sürücülər mövsüm ərzində köhnə maşınlarıa 1000 kilometr məsafə qət edə bilərlər.
Qeyd edək ki, Williams komandası 2025-ci il bolidimi 14 fevralda təqdim edəcək. Bu təqdimatda xüsusi rəng çalarındam istifadə ediləcək. Əsl rəng çaları isə 18 fevralda O2 Arenada göstəriləcək.
Karlos Sayns yeni mövsümdən əvvəl bunları deyib: “Bu komanda üçün vacib dövrdür və Williams-ı yenidən ön sıralara daşımaq üçün çox işləyəcəyik.
Əbu Dabidə komandadan çox təsirləndim. Komanda çox istəkli idi və bunu görmək gözəl oldu. Bunun hesabına güclü plan qura bildik. Mövsümöncəsi testlərlə ilk yarışa maksimum formada hazırlaşacağıq.
2025-ci il həyəcanlı keçəcək və yaxşı mövsüm keçirmək üçün əlimizdən gələni edəcəyik”.
Şərh əlavə et