Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisinin saatı məlum olub

Formula 1 üzrə 2025-ci il Dünya Çempionatının 17-ci mərhələsi Azərbaycan Qran Prisinin başlayacağı saat məlum olub.

Kokpit.az bildirir ki, həm sıralanma turu, həm də yarış keçən il başladığı saatda – sıralanma turu saat 16:00-da, yarış isə 15:00-da – start verəcək.

Xatırldaq ki, 2025-ci il Azərbaycan Qran Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, əksər Qran Prilərin saatı keçənili kimi eyni qalıb. Yalnız bir yarışın saatı – Las Veqas  – dəyişib. Las Veqas yarışı keçən ilə nisbətən iki saat tez başlayacaq.

Las Veqas yarışı yerli saatlı 20:00-da, Bakı vaxtı ilə 08:00-da başlayacaq. Bununla da Las Veqas digər gecə yarışları ilə eyni vaxtda başlayacaq. Belə ki, həm Ciddə, həm də Sinqapur yarışlarına yerli vaxtla 20:00-da start verilir.

Las Veqas yarışının saatının dəyişmə səbəblərindən biri də yerli əhalinin yarışa rahatlıqla baxmasını təmin etməkdir. Artıq ABŞ-ın şərq hissəsində Las Veqas yarışı bazar günü saat 01:00-da yox, şənbə günü 23:00-da başlayacaq. Bu da o hissədəki izləyicilərin işini asanlaşdırır.

Britaniya Qran Prisi isə yerli saatla 15:00-da, Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et