Kokpit.az bildirir ki, fransalı sürücü narın yağan yağışa baxmayaraq testin bitməsinə 10 dəqiqə qalmış 118 saniyənin altına düşə bilib. 2021-ci ilin Dünya Çempionu Pedro Akostanın keçənilki nəticəsini 0.4 saniyə yaxşılaşdırıb.
Pramac-ın yeni transferi Cek Miller isə 1.58.103 zaman nəticəi ilə Yamaha-ya ilk iki yeri qazandırıb. Honda sürücüsü Aleş Esparqaro RC123V ilə ikinci testrində yaxşı nəticə göstərib. MotoGP-də üç yarış qazanmış sürücü son dəqiqədə Cek Millerlə eyni nəticəni göstərərək, üçüncü yeri tutub.
Əfsanəvi Dani Pedrosa isə KTM motosikleti ilə isə bir az geridə qalaraq, ümumi sıralanmada 9-cu olub. Ducati komandasının test sürücüsü Mikele Pirro testin böyük hissəsində GP25 üçün sazlanma axtarıb və buna görə də 10-cu yerlə razılaşıb.
Həm Xoan Mir, həm də Luka Marini şənbə günü Cakartada yeni Honda RC123V-nin təqdimatında olduqları üçün testdə iştirak etməyiblər. Yaponiyalı istehsalçının keçən il ən çox xal toplayan sürücüsü Yohan Zarko da testlərə qatılmayıb. Onları testlərdə yalnız Somkiat Çantra təmsil edib.
Şərh əlavə et