Xəbəri Kokpitdə Oxuyun!

Kuartararo testlərdə zirvədə yer alıb

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bu həftə Malaziyada keçirilən shakedown testlərində birinci yeri tutub. 

Kokpit.az bildirir ki, fransalı sürücü narın yağan yağışa baxmayaraq testin bitməsinə 10 dəqiqə qalmış 118 saniyənin altına düşə bilib. 2021-ci ilin Dünya Çempionu  Pedro Akostanın keçənilki nəticəsini 0.4 saniyə yaxşılaşdırıb. 

Pramac-ın yeni transferi Cek Miller isə 1.58.103 zaman nəticəi ilə Yamaha-ya ilk iki yeri qazandırıb. Honda sürücüsü Aleş Esparqaro RC123V ilə ikinci testrində yaxşı nəticə göstərib. MotoGP-də üç yarış qazanmış sürücü son dəqiqədə Cek Millerlə eyni nəticəni göstərərək, üçüncü yeri tutub.

Trackhouse komandasının debütan sürücüsü Ai Oqura 4-cü, KTM-in test sürücüsü Pol Esparqaro 5-ci yeri tutublar. Gresini komandasından Fermin Aldequer debütantlar arasında ən sürətli ikinci, ümumilikdə ən sürətli altıncı nəticəyə imza atıb. Bu sürücülərdən sonra isə iki Yamaah sürücü gəlib – Aleks Rins 7-ci, Pramac-dan Migel Oliveyra isə 8-ci yerdə qərarlaşıblar.

Əfsanəvi Dani Pedrosa isə KTM motosikleti ilə isə bir az geridə qalaraq, ümumi sıralanmada 9-cu olub. Ducati komandasının test sürücüsü Mikele Pirro testin böyük hissəsində GP25 üçün sazlanma axtarıb və buna görə də 10-cu yerlə razılaşıb.

Həm Xoan Mir, həm də Luka Marini şənbə günü Cakartada yeni Honda RC123V-nin təqdimatında olduqları üçün testdə iştirak etməyiblər. Yaponiyalı istehsalçının keçən il ən çox xal toplayan sürücüsü Yohan Zarko da testlərə qatılmayıb. Onları testlərdə yalnız Somkiat Çantra təmsil edib.

Rauf Hacıyev

Şərh əlavə et