Kokpit.az bildirir ki, Ford 2027-ci ildən etibarən Dünya Dözümlülük Çempionatının Hypercar seriyasında çıxış edəcək. Amerikalı şirkət son dəfə 1982-ci ildə C100 Group C maşını ilə tam baza dəstəyi alaraq yarışmışdı.
Bu barədə açıqlamanı Ford Motor Company-nin idarə heyətinin rəhbəri Bill Ford verib: “Le Man tariximizdə ən mənalı trasdır. Burada 1960-cı illərdə Ferrari-nin məğlub etmişdik. 50 sonra geri qayıdıb yenə də onları burada geridə qoymuşduq. İndi isə yenidən yüksək səviyyədə yarışa qayıdırıq”.
Qeyd edək ki, Ford-un Hypercar proqramını Ford Performance avtoidman şöbəsi idarədə edəcək. Ford Formula 1-də Red Bull ilə tərəfdaşlığa başlayandan bir il sonra LMDh layuhəsinə başlayacaq. Bununla da Ford şirkəti FİA-nın dörd yüksək səviyyəli çempionatında çıxış edəcək.
WEC-in baş promoteri Frederik Lekien isə bildirib ki. Ford-un qayıtmasına görə sevinclidir: “Ford həm trasda, həm də trasdan kənarda uğurları ilə xatırlanan brenddir. WEC üçün böyük qazanc olacaq”.
Ford-un LMDh şassisi üçün hansı şassi istehsalçısı ilə işləyəcəyi və sürücü heyəti növbəti günlərdə məlum olacaq.
Şərh əlavə et