Kokpit.az bildirir ki, Honda 2026-cı il motorlarının hazırlanmasında çətinlik çəkir. Aston Martin-i mühərriklə təmin etməyə hazırlaşan yaponiyalı istehsalçı yeni reqlamentə öyrəşməyin gözləniləndən qarışıq olduğunu deyib.
Koji Vatanabe: “Hazırda çətinlik çəkirik, ancaq gələn il yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edirik.
Hər şey tamamilə yenidir. 355 kW-lıq yığcam moror düzəltməliyik. Eyni zamanda yüngül batareya düzəltmək heç də asan deyil. Kiçik motorla yüksək güc istehsal etməliyik. Hər şey çox qarışıqdır, ancaq ən yaxşısını düzəltməyə çalışırıq”.
Qeyd edək ki, Honda 2025-ci il mövsümündən sonra Red Bull ilə yollarını ayıracaq və Aston Martin ilə tərəfdaşlığa başlayacaq. Red Bull isə Ford ilə əməkdaşlığa başlayaraq, öz motorunu düzəltməyi planlaşdırır.
Honda-nın yaşadığı problemlər göstərir ki, yeni reqlament istehsalçılar üçün çox qarışıqdır. 2026-cı il mövsümündən əvvəl komandalar motorlarını inkişaf etdirməyə çalışacaqlar.
Şərh əlavə et