Kokpit.az niderland mətbuatına istinadən bildirir ki, Red Bull komandası fevralın 25-də Bəhreyndə xüsusi çəkiliş günü üçün bolidi trasa çıxaracaq. Eyni gün Mercedes də yeni bolidləri olan W16 ilə çəkiliş günü edəcək.
Qeyd edək ki, komandalar bu çəkiliş günlərində 200 kilometr məsafə qət edə bilirlər. Red Bull belə sürüşləri əvvəllər Silverstoun trasında etsə də, bu dəfə qış testlərinin baş tutacağı Bəhreyni seçib.
Bu testlə Maks Ferstappen ilk dəfə 2025-ci il maşınını sürəcək. Niderlandlı pilot bu il ardıcıl beşinci titulunu qazanaraq, Mixael Şumaxerin 2000-2004-cü illərdəki uğurunu təkrarlamaq istəyir.
Mövsümöncəsi qış testləri isə bu çəkiliş günündən bir gün sonra – 26 fevralda başlayacaq.
Şərh əlavə et