Kokpit.az bildirir ki, Pirelli 2026-cı il mövsümündə istifadə olunacaq yeni Formula 1 təkərləri üçün intensiv test proqramına başlayıb. McLaren mövsümün ilk testlərinə gənc sürücüsü Oskar Piastri ilə qatılıb. Lakin ilk günün səhər sessiyası hava şəraitinin həddindən artıq soyuq olması səbəbindən yarımçıq kəsilib. Trasın bəzi hissələrində havanın temperaturu -2°C-yə endiyi üçün səhər işlər vaxtından əvvəl dayandırılıb.
Nahardan sonra hava şəraiti yaxşılaşdıqca testlər davam edib və Piastri ümumilikdə 120 dövrə vurub. Tres standart 5.8 kilometrlik F1 konfiqurasiyası əvəzinə 3.4 kilometrlik qısa versiyada keçirilib. Avstraliyalı pilotun ən yaxşı dövrəvi nəticəsi 1.07.008 olub.
Testin ikinci günündə sükan arxasına Lando Norris keçəcək. Pirelli yağış proqnozuna baxmayaraq trasın süni şəkildə isladılacağını bildirib. Eyni sistemdən ilk gün də istifadə olunub.
Pirelli-nin test cədvəli kifayət qədər sıxdır. McLaren testlərindən sonra növbədə Ferrari var. Ferrari-də testlərə Lyuis Həmiltonun qatılacağı gözlənilir. İtalyan təkər istehsalçısı 2025-ci il ərzində müxtəlif traslarda cəmi 40 günlük testlərlə yeni təkərlərinin performansını dəyərləndirəcək.
Şərh əlavə et