Kokpit.az bildirir ki, bu il KTM komandasında Pedro Akosta və Bred Binder, Tech3 komandasında isə Maverik Vinyales və Enea Bastyanini çıxış edəcək. Təqdimatda bildirilib ki, iki komanda arasında yeganə fərq yağ istehsalçısı olacaq. KTM-in baza komandası Mobil 1 ilə işləyəcək. Tech3 peyk komandası isə Motul yağlarından istifadə edəcək. Bu həmlə göstərir ki, KTM Ducati-yə yaxınlaşmaq istəyir. Avstriya təmsilçisi son iki mövsümdə İstehsalçılar Çempionatında ikinci yeri tutub. Onlar bu il daha güclü uğurlar hədəfləyirlər.
KTM Motorsport-un rəhbəri Pit Brayer bu barədə belə danışıb: “Mübarizə KTM-in genlərində var. 2025-ci il mövsümü bizim üçün çox vacibdir və güclü başlanğıc etmişik. Pedro, Bred, Enea və MAverik isə böyük hədəflərimiz var. Komandamızla birlikdə böyük uğurlar qazanmaq üçün səbirsizlənirik”.
Şərh əlavə et