Kokpit.az xatırladır ki, Haas komandası keçən mövsümün sonlarında Toyota Gazoo Racing ilə texniki tərəfdaşlığa başlamışdı. Lakin bu tərəfdaşlığa görə onlar Ferrari ilə münasibətlərini sonlandırmayacaq. Belə ki, Amerika komandası Toyota-nın Kölndəki aerodinamik borusundan istifadə etməyi planlaşdırmır və Ferrari-nin Maranellodakı bazasında işləməyə davam edəcək.
Ayao Komatsu: “Yaxın gələcəkdə Ferrari-nin Maranellodakı aerodinamik borusundan istifadə edəcəyik. Ferrari ilə işləmək hər iki tərəf üçün daha faydalıdır, çünki eyni çempionatda yarışırıq və texniki qaydalarla bağlı problem yaşananda Ferrari-nin mütəxəssisləri problemləri araşdırıb həll edirlər.
Biz də onların həll yollarından faydalanırıq. Belə olanda eyni işləri özümüz görmək məcburiyyətində qalmırıq.
Toyota-nın bazası çox gözəl olsa da, Kölndəki aerodinamik borusuni heç bir Formula 1 komandası istifadə etmir. Orada sadəcə Andretti komandası işləyir və onlar hələ Formula 1-də yarışmırlar”.
Şərh əlavə et