Kokpit.az xatırladır ki, Conni Herbert son 15 ildə tez-tez yarışların hakimi olub. Bu rolda debütunu 2010-cu ildə sabiq sürücülər stüardlığa dəvət olunarkən edib. Herbert son illərdə rəhbərlik üçün əlverişsiz olan şərhlərə, o cümlədən qumar şirkətlərindən sitat gətirdiyinə və onları reklam linkləri müqabilində media orqanlarına təklif etdiyinə görə tənqid olunurdu.
FİA qeyd edib ki, bu, Herbertin stüardlar siyahısından çıxarılmasına qərar verilməsinin səbəblərindən biridir. Digər səbəb kimi isə Maks Ferstappen və ətrafının Mexikoda iki dəfə verilən 10 saniyəlik cərimədən narazı qalması göstərilir – bundan sonra Yos Ferstappen stüardları qərəzlilikdə günahlandırmışdı.
FIA-nın qərarında deyilir: “Conni Herbertin artıq Formula 1-i təmsil etməyəcəyini bidlirməkdən məyusluq duyuruq. O, böyük hörmət görən və bu rola əvəzolunmaz təcrübə və bilik gətirən biridir. Lakin müzakirələrdən sonra bu barədə qarşılıqlı razılaşma əldə etmişik. Ona hər şey üçün təşəkkür edir, bundan sonrakı karyerasında uğurlar diləyirik”.
Xatırladaq ki, Herbert 2023-cü ilin yanvar ayında da Pol di Resta ilə birlikdə Sky Sports F1-dən qovulmuşdu.
Şərh əlavə et