Kokpit.az xatırladır ki, Ferrari komandasının builki sürücü heyəti Şarl Lekler və Lyuis Həmiltondan ibarətdir. Bu il onların sücəyi bolidib adı SF-25 olacaq. Bununla da Scuderia Ferrari ənənəvi adlandırma üsuluna davam edib.
Maşın əvvəlcə fevralın 19-da Maranelloda trasa çıxarılacaq və daha sonra mövsümöncəsi testlər üçün Bəhreynin Saxir trasına göndəriləcək.
“Qırmızılar” 2024-cü il mövsümündə SF-24 ilə Mühəndislər Kubokunu az fərqlə qaçırmışdılar. Buna baxmayaraq yeni boliddə ənənəvi dizayn tərzi qorunacaq.
Bundan əlavə bolidin rənginin keçən illə müqayisədə daha tünd qırmızı olacağı gözlənilir.
Şərh əlavə et