Xəbəri Kokpitdə Oxuyun!

Red Bull çarpma testindən keçib

Red Bull komandasının 2025-ci il bolidi RB21 FİA-nın çarpma testindən keçib. Red Bull komandasının 2025-ci il bolidi RB21 FİA-nın çarpma testindən keçib.

Kokpit.az bildirir ki, Red Bull və

Maks Ferstappen yeni mövsüm üçün hazırlıqlarını davam etdirirlər. Bu müddət ərzində komanda böyük işlər görüb. Artıq 2025-ci ilin bolidi FİA-nın çarpma testindən keçib.

Bu, 26-28 fevralda Bəhreyndə keçiriləcək qış testlərindən əvvəl Red Bull üçün əla xəbərdir. “Qırmızı öküzlər” çətin keçən 2024-cü ildən sonra Mühəndislər Kunokunu qazanmağı hədəfləyir.

FİA-nın çarpma testləri əksər hallarda formallıq kimi görünsə də, bolidin inkişafında vacib məqamdır. Şassi FİA tərəfindən tamamilə təsdiqləndikdən sonra Red Bull tamamilə inkişafa köklənə biləcək.

Mövsümün ilk mərhələsi 14-16 martda Avstraliyanın Melburn şəhərindəki Albert Park trasında olacaq.

Rauf Hacıyev

Şərh əlavə et