Kokpit.az bildirir ki, Lyuis Həmilton Barselonada bağlı qapılar arxasında keçirilən testlərin ikinci günündə qəzaya uğrayıb. Səhər sessiyasında SF-23-ü idarə edən yeddiqat dünya çempionu saat 12 radələrində Montmelo döngəsinin sonuncu hissəsində idarəetməni itirərək maneələrə çırpılıb.
Qəzadan sonra trasda olan marşallar dərhal müdaxilə ediblər. Xoşbəxtlikdən Həmilton avtomobilindən xəsarət almadan özü çıxıb. Buna baxmayaraq, Ferrari SF-23 ciddi zədə alıb. Asılqan sistemi və bəzi aerodinamik detallar ciddi zədələnib. Matteo Toqninallinin rəhbərlik etdiyi Ferrari-nin texniki heyəti qaraja gətirildikdən sonra bolidi yoxlamağa başlayıb.
Komanda rəhbərinin köməkçisi Jerom D’Ambrozio başda olmaqla bütün mühəndislər telemetriya məlumatlarını təhlil ediblər və qəzanın avtomobilin mexaniki problemindən və ya sürücülük səhvindən olub-olmadığını anlamağa çalışıblar.
Qəzaya görə test proqramı ləğv edilib. Normalda Şarl Lekler günün ikinci yarısında trasa çıxmalı idi. Bunun üçün SF-23-ün oturacağı, pedalı, sükan parametrləri və digər şəxsi parametrləri Leklerə uyğunlaşdırılacaqdı. Lakin qəzadan sonra bolidin təmir müddəti uzanıb.
Şərh əlavə et