Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Həmiltonun tələblərini yerinə yetirir

Ferrari komandası Lyuis Həmiltonun tələbləri ilə boliddə bəzi sazlanmalar edib.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Maranelloda ilk günlərini keçirib və komandaya tez uyğunlaşıb.

İtaliya mətbuatının verdiyi xəbərə görə 40 yaşlı sürücü indidən pedal quruluşunda bəzi dəyişikliklər istəyib və onların sürüş tərzinə uyğun sazlanmasını tələb edib. Ferrari komandası Həmiltonun təcrübəsindən həm trasda, həm də trasdan kənarda istifadə etmək istəyir.

Həmiltonun Maranelloya gəlişi Ferrari azarkeşləri arasında böyük həyəcana səbəb olub. Onun Şarl Leklerlə yaxşı münasibətdə ioduğu deyilir və bu münasibət Ferrari-nin performansına müsbət təsir göstərə bilər.

Lekler isə həm Həmiltonla mübarizə aparmaq istəyir, həm də onun təcrübələrindən faydalanmağı hədəfləyir. Bundan başqa iki sürücü Avstraliya Qran Prisinə hazırlanmaq üçün birlikdə işləməyə başlayıblar.

Ferrari-nin 677 kodlu yeni maşınından güclü performans gözlənilir. Belə olan halda həm Həmiltonun, həm də Leklerin çempionluq uğrunda güclü mübarizə aparacağına dair ümidlər artır.

Həmiltonun liderliyi, Leklerin sürəti Ferrrari-yə yenidən çempionluq qazandıra bilər. Ferrari azarkeşləri inanır ki, iki sürücü arasındakı uyğunluq Şumaxer dövründəki kimi uğurlar gətirə bilər.

Rauf Hacıyev

Şərh əlavə et