Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mercedes komandasından 12 mövsüm keçirdikdən sonra bu il Ferrari komandasına keçəcək.
Sabiq Formula 1 sürücüsü Ralf Şumaxer düşünür ki, Lyuis Həmiltonun Ferrari ilə tərəfdaşlığı böyük risk daşıyır. Almaniyalı şərhçi bildirib ki, Həmilton artıq qocalır və yeni nəsil maşınlara daha tez öyrəşən gənc sürücülər onu artıq geridə qoyur.
Ralf Şumaxer: “Frederik Vassyör doğrudan da Həmiltona kömək edə bilməyəcək. Eynilə Toto Volff kimi, çünki ikisi də bolidin yığılmasından məsul deyil. Lyuis yeni maşının sürüş tərzinə uyğunlaşmalıdır.
Maşınlar artıq daha ağırdır və daha yavaşdırlar. Daha az mexaniki ilişməyə sahibdirlər. Bu da xüsusən əylənmə zonalarında sürüş tərzinizin dəyişməsini tələb edir. Lyuis Corc Rassellə məhz həmiz zonalarda uduzurdu. Xüsusən də sıralanma turunda Lyuis əylənmə zonalarında çətinlik çəkirdi. O, əksər hallarda gec əylənir, amma Mercedes ilə bunu etmək artıq mümkün deyil.
Məncə, Ferrari-də də sıralanma turunda yeni komanda yoldaşı Şarl Leklerdən geridə qalacaq”.
Şərh əlavə et