Xəbəri Kokpitdə Oxuyun!

Pramac və Alpine tərəfdaş olublar

Alpine 2025-ci ildə Pramac MotoGP komandası ilə əməkdaşlığa başlayacaq və italyan komandasının əsas tərəfdaşı olacaq.

Kokpit.az bildirir ki, fransız avtomobil istehsalçısı Alpine bu ildən Pramac ilə güclərini birləşdirir.

Pramac keçən il Xorxe Martin-lə Dünya Çempionu olmuş və 2001-ci ildən sonra uğur qazanan ilk müstəqil komanda statusunu qazanmışdı. İtalyan komandasının builki əsas sponsoru da Prima olsa da, Alpine əsas sponsorlardan biridir.

Bu müqavilənin əsas səbəbi Renault-nun idarə heyətinin rəhbəri Luka de Meo ilə Pramac komandasının rəhbəri Paolo Kampinotinin yaxın münasibətidir. De Meo 2007-2010-cu illərdə Fiat Qrupunun rəhbəri olarkən Yamaha ilə buna oxşar tərəfdaşlıq qurmuşdu.

Paolo Kampinoti: “Alpine kimi tarixi bir marka ilə bu tərəfdaşlığı başlatdığımız üçün qürurluyam. Alpine artıq F1 və Dözümlülük Çempionatında vacib bir komanda olub.

İlk dəfədir ki, dünyanın yüksək səviyyəli seriyalarında yarışan bir istehsalçı MotoGP-yə belə giriş edir. Alpine-nin bunun üçün Prima Pramac komandasını seçməsi uzun illər gördüyümüz işlərin sübutudur”.

Alpine-nin satış və marketinq rəhbəri Antonio Labate isə bunları deyib: “Bu ittifaq avtoidmanı sevən müştərilərə və azarkeşlərə yeni təcrübələr yaradacaq. Alpine və Prima Pramac Yamaha MotoGP ortaq dəyərləri paylaşır. Bundan vacib isə eyni ruhu paylaşır – performans sevgisi”.

Qeyd edək ki, Pramac uğurlu keçən 2024-cü il mövsümündən sonra Ducati ilə yollarını ayırıb və 2025-ci ildə Yamaha ilə işləməyə başlayacaq.

Bu il Migel Oliveyra və Cek Millerlə yarışmağa başlayacaq italyan komandası yeni rəng çalarını yanvarın 31-də təqdim edəcək.

Rauf Hacıyev

Şərh əlavə et