Xəbəri Kokpitdə Oxuyun!

Mercedes W16-nın təqdimat gününü açıqlayıb

Mercedes komandası 2015-ci il bolidi olan W16-nı fevralın 24-də təqdim edəcək və daha sonra Bəhreyndəki qış testlərinə başlayacaq.

Kokpit.az bildirir ki, təqdimat 26-28 fevraldakı qış testlərindən iki gün əvvəl baş tutacaq. “Gümüşü oxlar” təqdimatdan bur gün sonra çəkiliş günü üçün bolidi Bəhreyndəki trasa çıxaracaq.

Xatırladaq ki, Mercedes bu il Corc Rassell və Kimi Antonelli cütü ilə yarışacaq. “Gümüşü oxlar” keçən il mövsümü dördüncü yerdə bağlamışdılar və W15-də bəzi problemlər yaşamışdılar. Dar sazlanma aralığı və arxa təkərlərin tez qızması komandanı isti traslarda geriyə salmışdı. Ancaq W15 sərin hava şəraitində və aşağı asfaltayatma tələb edən traslarda yaxşı performans göstərmişdi.

2025-ci ildə Mercedes-in bu problemləri anlayaraq daha yaxşı performans göstərməsi gözlənilir. Komanda fevralın 18-də O2 Arenada Formula 1-in 75-ci ildönümü üçün təşkil edilən tədbirdə builki rəng çalarını təqdim edəcək.

Rauf Hacıyev

Şərh əlavə et