Xəbəri Kokpitdə Oxuyun!

Ferrari 2025-ci il kombinezonunu təqdim edib

Ferrari komandası 2025-ci ildə istifadə edəcəyi kombinezonu təqdim edib.

Kokpit.az bildirir ki, Ferrari komandasının yeni transferi Lyuis Həmilton və Şarl Lekler Maranelloda bir araya gəliblər. Onlar yeni kombinezonları geyinərək fotosessiya ediblər.

Xatırladaq ki, Ferrari 26-28 yanvar tarixlərində Barselonada SF-23 ilə testlər edəcək. Bu testlərdə həm Lyuis Həmilton, həm də Şarl Lekler iştirak edəcək.

Rauf Hacıyev

Şərh əlavə et