Kokpit.az xatırladır ki, İtaliya hazırda Montsa və İmola traslarında iki yarış keçirir. Hazırda birdən çox yarış keçirən iki ölkə var – İtaliya və ABŞ.
Montsa təqvimdə qalacaq, amma İmolanın taleyinı hələ aydınlıq gəlməyib.
Stefano Domenikali: “Montsa ilə bağlanan yeni müqavilədə trasın bazasının inkişafı barədə şərtlər var.
Keçən il aparılan işlər sadəcə başlanğıc idi. Tarixi olmaq köhnə qalmaq deyil. Tarixi gələcəyə daşısanız, dəyər qazanar.
İndi növbə İmoladadır. İmola layihəni davam etdirmək gücünə sahibdir. İmola rotasiya sisteminin bir hissəsi ola bilər. Bunun üçün vacib trasdır, amma onun rotasiyası Montsa ilə olmayacaq. Yeni mövsüm başlamamışdan əvvəl bu məsələyə aydınlıq gətirəcəyik”.
Qeyd edək ki, Belçika Qran prisi növbəti altı ildə 4 dədə yarışları qəbul edəcək. Belə olan halda İmolanın Belçika ilə rotasiya olacağı güman edilir. Bundan başqa Afrika qitəsində də yarışların keçirilmə ehtimalı var. İspaniya isə 2026-cı ildən etibarən həm Madriddə, həm də Barselonada yarış keçirməyi planlaşdırır.
Türkiyə və Argentina kimi ölkələr isə təqvimə girmək üçün müraciət ediblər. Xüsusən də Franko Kolapintonun idmana gəlməsi Argentina Qran Prisinin keçirilməsi üçün bir səbəbdir.
Şərh əlavə et