Xəbəri Kokpitdə Oxuyun!

VR46 yeni motosikletini təqdim edib

VR46 komandası 2025-ci il rəng çalarını Cakartada təşkil edilən xüsusi tədbirdə təqdim edib.

Kokpit.az xatırladır ki, MotoGP əfsanəsi Valentino Rossinin komandası olan VR46 çempionatdakı dördüncü mövsümünü keçirir. Onlar keçən il istifadə etdikləri parlaq sarı rəng çalarını bu il də qoruyacaqlar.

Komandanın sürücüləri Fabio di Canantonio və yeni transfer Franko Morbidelli təqdimat üçün İndoneziyaya uçublar. Onlar həmin bölgədəki isti havaya öyrəşmək üçün gələn həftə Mandalika trasında Ducati motosikletini sürəcəklər. Daha sonra 5-7 fevralda keçiriləcək mövsümöncəsi testlərə qatılacaqlar.

Pramac bu il Ducati ilə 20 illik tərəfdaşlığını sonlandırıb. Buna görə də VR46 Ducati-nin əsas peyk komandası olub.

Fabio Di Canantonio bu il yeni Ducati GP25 ilə mübarizə aparacaq. 26 yaşlı sürücü keçən il göstərdiyi stabil nəticələrlə Ducati rəhbərliyinə təsir edib və o, italyanların əsas sürücülərindən birinə çevrilib. Canantonio bu il Mark Markea və Françesko Banyaya ilə birlikdə yeni GP25-i sürən üç sürücüdən biri olacaq. Komanda yoldaşı Franko Morbidelli isə GP24 motosikleti ilə mübarizə aparacaq.

Rauf Hacıyev

Şərh əlavə et