Əvvəllər FİA prezidenti Muhammed bin Sulayemi çox tənqid edən Formula 1 Sürücüləri Assosiasiyası (GPDA) “hazırda bu məsələ ilə bağlı heç bir şərh vermədiyini” bildirib. Bununla belə, BBC Sports-a görə, FİA-da bir çoxları bu cür dəyişikliklərin edilməsinin əleyhinə olub.
Bir mənbə bildirib ki, yeni cəzalar “maraqlı tərəflər, GPDA və ya FİA-nın öz sürücülər komissiyası ilə heç bir məsləhətləşmədən elektron səsvermə yolu ilə qəbul edilib”. Adının açıqlanmasını istəməyən başqa bir federasiyaya bağlı mənbə dəyişikliklərin yanlış olduğunu bildirib və nə üçün əvvəlcədən Dünya Şurasının iclasında müzakirə olunmadığını soruşub.
BBC Sports-un məlumatına görə, yeni cərimələr Formula 1 komandasının rəhbərləri də daxil olmaqla, bütün FİA lisenziyası sahiblərinə şamil ediləcək.
Şərh əlavə et