Xəbəri Kokpitdə Oxuyun!

FİA cəzaları sərtləşdirib

FİA Formula 1 pilotları üçün daha ciddi sanksiyalar qoyub və yeni qaydaları və cəzaları açıqlayıb.

Kokpit.az bildirir ki, Formula 1 pilotları söyüş söysələr ya da idman qaydalarını pozasalar, çempionat balı cəzası alacaqlar. Eyni zamanda sürücülərin cəzaları dördqat artacaq.

Beləliklə, Formula 1 pilotu ilk qayda pozuntusunda 10 min avro yerinə 40 min avro, ikinci pozuntuda 20 min avro əvəzinə 80 min avro, üçüncü pozuntuda isə 40 min avro əvəzinə 120 min avro və həm 1 aylıq uzaqlaşdırma, həm də çempionatda xalların azaldılması cəzası alacaq.

Bundan başqa FİA-ya, orqanlarına, üzvlərinə, avtoidmanın mənfəətinə və FİA tərəfindən müdafiə olunan dəyərlərə zərər verən hər növ söz və ya hərəkət cəza olaraq dəyərləndiriləcək.

Bundan başqa FİA-nin çempionatlarında rəsmi mərasim təlimatlarına riayət etməyənlərə birinci pozuntu üçün 15 min avro, ikinci pozuntu üçün 30 min avro və sonrakı yarışda müəyyən sahələrdən uzaqlaşdırma, üçün pozuntuda isə 45 min avro pul cəzası və altıaylıq uzaqlaşdırma cəsası tətbiq ediləcək.

Dünya Ralli Çempionatı (WRC) və Dünya Dözümlülük Çempionatında da (WEC) pul cəzaları üçdəfə artırılır. Regional FİA çempionatlarında isə cəzalar iki dəfə artırılır. Yerli F4 çempionatlarında isə yalnız təməl cəzalar tətbiq ediləcək.

FİA ətraf mühitə həssaslıq qaydalarının pozulmasını da cəza kimi dəyərləndirir. Bundan başqa stüardların qərarlarına etiraz qəbul edilməyəcək. Yeni qaydalara görə etirazı ancaq şəxsi mövzulara görə etmək mümkün olacaq və stüadların qərarlarına etiraz əsassız sayılacaq.

Rauf Hacıyev

Şərh əlavə et