Kokpit.az bildirir ki, italyan mütəxəssis McLaren Racing-in baş direktoru Zek Brauna birbaşa hesabat verəcək və yeni vəzifəsi McLaren-in gənc sürücü proqramını idarə etmək olacaq. O, yeni vəzifəsinə 2025-ci ilin fevralın 1-dən başlayacaq.
Cümə axşamı yayımlanan komanda bəyanatında McLaren elan edib ki,, Alunni Bravinin vəzifəsi hüquqi işləri, pilot müqavilələrin idarə edilməsini və “hüquq sahibi/idarəetmə orqanı münasibətləri”ni də əhatə edəcək.
2017-ci ildən bu ilin əvvəlinə kimi Sauber-də çalışmış Alunni Bravi bunları deyib: “McLaren bütün həyatım boyu heyran olduğum komanda olub. Bu səbəbdən belə böyük komanda ilə işləmək fürsətimin olması çox gözəldir. Belə gözəl dəyərlərə və mədəniyyətə malik böyük bir komandaya qoşulduğum üçün minnətdaram.
Mən Zekin və idarə heyətinin mənə göstərdiyi etimadı və inamı tam fədakarlıqla mükafatlandırmaq istəyirəm, çünki komanda işinin hər şeyin açarı olduğuna inanıram. Həm trasda, həm də trasdan kənarda həqiqətən standartları müəyyən etdiyinə inandığım komandaya qoşulduğum üçün çox şadam və yeni işimə başlamaq üçün səbirsizlənirəm.”
McLaren-in idarə heyətinin rəhbəri Zek Braun isə bunları deyib: “Mən Alessandronun avtoidmandakı təcrübəsi ilə bizə qoşulmasından məmnunam. Hüquqi və gənc pilot proqramlarımızı idarə etməklə yanaşı, o, biznesin idarə edilməsi məsələlərində, yarışların idarə edilməsi fəaliyyətlərində və hüquq sahibləri və idarəetmə orqanları ilə əlaqələrimizdə əvəzsiz dəstək verəcəkdir. Biz onun fevral ayında McLaren Racing ailəsinə qoşulmasını səbirsizliklə gözləyirik.”
McLaren komandasının idarə heyətində də bəzi dəyişiliklər olub. Alunni Bravinin gənc sürücü proqramının başına gəlməsi ilə Stefan Karlin Formula 1-də əlavə məsuliyyətlər alıb və o, Andrea Stellaya birbaşa hesabat verməyə davam edəcək. Qeyd edək ki, Karlin daha əvvəl McLaren komandasında iş əməliyyatları direktoru kimi işləyirdi.
McLaren Racing-in komunikasiya direktoru Stiv Etkins isə iki il komandada işlədikdən sonra fevral ayının sonunda şəxsi səbəblərə görə vəzifəsindən gedəcək.
Şərh əlavə et