Xəbəri Kokpitdə Oxuyun!

S.Restanın vəzifəsi məlum olub

Simone Resta hazırda Mercedes komandasındakı vəzifəsini elan edib.

Kokpit.az xatırladır ki, italyan mühəndis Ferrari-də 23 il işlədikdən sonra keçən ilin yazında Maranellodan ayrılmış və Mercedes-də yeni macəraya başlamışdı.

O, ilk olaraq strateji inkişaf direktoru vəzifəsinə başlamışdı, lakin cəmi iki ay sonra –  noyabr ayında texniki direktor köməkçisi vəzifəsinə yüksəlib və burada Ceyms Əllison ilə birlikdə işləməyə başlayıb.

Lakin Restanın Linkedin profilində “texniki direktor” yazması onun Əllisonu əvəzlədiyi iddialarını ortaya çıxarıb və insanları təəccübləndirib.

Bəziləri bu iddialara qarşı çıxıblar və bu cür yüksək səviyyəli təyinatlarıb rəsmi formada elan edilməli olduğunu müdafiə ediblər. Belə görünür ki,  Restanın keçmişdə Haas komandasında texniki direktor olması və həmin hissəni yeniləməməsinə görə belə problem yaranıb.

Resta tezliklə sosial media profilini yeniləyərək, Mercedes-də texniki direktor köməkçisi kimi işlədiyini elan edib. Bütün bunlara baxmayaraq, Resta Mercedes-in 2025-ci il bolidində vacib rol oynayır.

Rauf Hacıyev

Şərh əlavə et