Kokpit.az bildirir ki, PPDS əvvəllər yalnız təchizatçı idi, lakin indi Red Bull Racing-in rəsmi biznes tərəfdaşına çevrilib. Bu xəbər Philips-in bu gün dərc etdiyi press-relizdə açıqlanıb.
Philips mütəxəssisləri bu yaxınlarda Red Bull-un Milton Kinsdəki MK-7 tədbir kompleksində Formula 1 dünyasının ən böyük LED ekranını quraşdırdıqlarını elan ediblər. Bu nəhəng ekranın eni 46,35 metrdir və Red Bull-un texnoloji düşərgəsinin mühüm hissəsidir.
PPDS və Red Bull Racing arasındakı əməkdaşlıq ilk dəfə 2022-ci ildə başlayıb və indi daha əhatəli olub. Şirkət Red Bull Racing üçün rəqəmsal monitor texnologiyalarının yeganə təchizatçısı olmağa davam edəcək.
Red Bull komandasının rəhbəri Kristian Horner bu barədə belə açıqlama verib: “Formula 1 yüksək sürətin və davamlı gələn yeniliklərin dünyasıdır. Əgər yeniliklərə uyğunlaşa bilməsəniz, ən yaxşı halda ikinci yeri tutacaqsınız. Biz isə həm trasda, həm trasdan kənarda lider olmaq istəyirik. Buna görə də düzgün tərəfdaşlarla işləmək bizim üçün çox vacibdir. Həmişə hər şeyin ən yaxşısını seçirik.
PPDS səviyyəmizə və hədəflərimizə uyğun tərəfdaşdır. Tərəfdaşlığımızın belə davam etməsinə görə çox sevincliyik”.
Şərh əlavə et