Kokpit.az xatırladır ki, Lyuis Həmilton bu həftə Ferrari ilə ilk testi üçün Maranelloya gedib və əvvəlcə oturacaq sazlanması edib. Daha sonra yarış kombinezonunu geyinib.
Bu gün səhər yeni sarı dəbilqəsini icitmaiyyətə göstərən britaniyalı pilot əsasən sarı rəng çalarından istifadə edib. Bir neçə dəqiqə sonra Fyorano trasında Ferrari F1-75-in sükanı arxasına keçib və ilk dəfə qırmızı maşınla trasa çıxıb. Həmilton ilk dövrələrində tribunaları salamlayıb və onu izləməyə gələn fanatlarına təşəkkür edib.
Yeddiqat Dünya Çempionundan sonra Ferrari-nin sükanı arxasına komandanın digər sürücüsü Şarl Lekler keçəcək.
Şərh əlavə et