Xəbəri Kokpitdə Oxuyun!

Debütant sürücülər artıq 4 sessiyaya qatılacaqlar

FIA 2025-ci il mövsümündə Formula 1-debütant sürücülərə daha çox imkanlar vermək üçün yeni qayda tətbiq edib.

Artıq hər komanda mövsüm ərzində debütant pilotlar üçün dörd  məşq sessiyası ayırmalı olacaq. Bu o deməkdir ki, əsas sürücülər mövsüm ərzində iki dəfə bolidlərini birinci sərbəst yürüşlərdə debütantlara təhvil verəcəklər. Keçən mövsüm hər bir sürücü maşını yalnız bir dəfə gənc pilotlara verməli idi, yəni debütantlar üçün cəmi iki sessiya ayrılmışdı.

FİA-nın qaydalarına görə sürücülır iki və ya daha az Formula 1 yarışında iştirak edibsə, debütant sayılır. Bu vəziyyətə görə Ayzek Həcər, Qabriel Bortoleto və Andrea Kimi Antonelli  bu öhdəlikdən azad ediləcəklər. Çünki bu üç pilot Avstraliya və Çin Qran Prisində debütant statusunda yarışacaqlar və beləliklə dörd sessiya kvotasından ikisini dolduracaqlar.

Digər tərəfdən Cek Duhan ötən mövsümün son yarışında iştirak edib. O, Avstraliyada debütant statusunda yarışacaq, lakin Çin Qran Prisində sayılmayacaq. Buna görə də o, mövsüm ərzində maşını bir dəfə başqa bir gənc sürücüyə təhvil verməli olacaq.

Bu məqamda belə bir sual yaranır: Doohan əvəzinə Franko Kolapinto yarışsa nə olacaq? Argentinalı pilot texniki cəhətdən debütant hesab edilmir. Yeni qayda, şübhəsiz ki, 2025-ci ildə debüt edənlərə müsbət təsir göstərəcək. Gənc sürücülər əlavə kilometrlər qət etmək şansı qazanaraq trasda daha çox təcrübə qazana biləcəklər.

Bununla belə, komandalar bu testləri 24 yarışın 18-də həyata keçirə biləcəklər, çünki bu, sprint yarışlarının olduğu altı həftəsonunda reallaşa bilməz.  Əlavə olaraq, komandalar bu dəyişikliyi mövsümün ilk yarışlarında və ya yüksək sürət tələb edən şəhər tipli traslarda və ya Spa, Montsa kimi traslarda etməyə üstünlük verməyəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et