Xəbəri Kokpitdə Oxuyun!

Həmilton sükan və oturacaq sazlanması edib

Ferrari komamdasının sürücüsü Lyuis Həmilton Maranelloya gələrək, həm oturacaq, həm də sükan sazlanması edib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü dünən ilk dəfə Maranelloya gedib və bu azarkeşlərin marağına səbəb olub. Yeddiqat Dünya Çempionu bazada birlikdə işləyəcəyi mühəndislərlə görüşüb. Daha sonra karbon fiberdən düzəldilmiş sürücü oturacağını sınaqdan keçirib.

Daha sonra Həmilton sükana nəzər yetirib. O, komandadan tamamilə yeni sükan istəməsə də, bəzi düymələrin yerini və bəzi qolların funksiyasını dəyişdirtdirib.

Bundan sonra Fyirano trasının yaxınlığındakı Ferrari simulyatorunda işləməyə başlayıb. O, simulyatorda bəzi sazlanmaların olmasını istəyib.

Həmilton Ferrari-dəki rəsmi işinə sabah başkayacaq. Buna qədər isə bazada bəzi prosedurları öyrənəcək və Fyoranoda sürəcəyi F1-75-i nəzərdən keçirəcək. Onun çərşənbə günü Şarl Leklerlə birlikdə Fyoranoda 2022-ci il bolidi F1-75 ilə trasa çıxması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et