Artıq dünən britaniyalı sürücü Maranelloya baş çəkib, onun zavodun önündə əfsanəvi Ferrari F40 ilə olan şəkli böyük maraqla qarşılanıb. Komandanın sosial şəbəkələrində yayımlanan qısa videoya “gəlin saatlarımızı yoxlayaq” başlığı yazılıb.
Videoda saat geriyə doğru – 16:44-ə gəlir və dayanır. 16 və 44 Ferrari-nin cari sürücülərinin nömrəsidir. Lakin maraqlıdır ki, saniyələr 55-dən irəli gedir, yəni italyanlar komandadan ötən mövsümün sonunda ayrılmış Karlos Saynsı da unutmayıblar. Ən sonda isə sağ tərəfdə Ferrari loqosu və 25 tarixi görünür. Düzdür, bu 2025-ci ilə də işarə edə bilər, lakin daha ağlabatan versiya ayın 25-i olmasıdır.
Şərh əlavə et