Kokpit.az bildirir ki, italyan komandası məşhur xizək mərkəzi olan Madonna di Kampilioda keçirilən tədbirdə yeni GP25-i təqdim edib.
Tədbirdə Ducati-nin rəhbəri Cici Dalinya, komanda rəhbəri Davide Tatdotsi və Ducati-nin İdarə Heyətinin Rəhbəri Klaudio Domenikali, komandanın sürücüləri Mark Markea və Fransçesko Banyaya iştirak ediblər.
Bu təqdimatla MotoGP üzrə altıqat Dünya Çempionu Mark Markesin də karyerasında yeni dövr başlayır. İspaniyalı sürücü 2024-cü ildə Gresini ilə ilk dəfə Ducati motosikleti sürmüş və üç yarış qazanaraq, mövsümü üçüncü yerdə bağlamışdı.
Mark Markes keçən ilin noyabr ayında ilk dəfə Ducati pilotu kimi trasa çıxmışdı. Amma həmin testdə sadə və sponsorsuz qırmızı kombinezon geyinmişdi.
Əfsanəvi sürücü rəsmi təqdimatda ilk dəfə Ducati-nin yarış kombinezonunu geyinib. Ancaq Markın uzun illərdir sponsoru olan Red Bull-un loqotipləri kombinezonda olmayıb. Bunun əsas səbəbi Ducati-nin Monster Energy ilə olan müqaviləsidir.
Şərh əlavə et