Kokpit.az bildirir ki, Britaniya təmsilçisi yeni tünd göy rəng çalarını təqdim ediblər. Onlar bu il də Red Bull və SafetyCulture ilə tərəfdaşlıqlarını davam etdirəcəklər.
M-Sport komandası bu il də çempionatsa iki sürücü ilə tamzamanlı yarışacaq. Adrien Formo Hyundai-a transfer olunduqdan sonra Qrequar Munster komandanın lideri olacaqlar. Luksemburqlu sürücünün komanda yoldaşı isə Rally1-də debüt etməyə hazırlaşan Coş McErlin olancaq.
Komanda İsveç Rallisindən etibarən altı yarış ərzində Martins Sesks üçün də Puma verəcək. Xüsusi iştirakçı Cordan Serderidis İsveç Rallisində heyətə qatılacaq.
FİA bu il Rally1 maşınlarında hibrid gücü ləğv edib. Buna görə də M-Sport komandası Puma-nın motor xəritələnməsini yaxşılaşdırmaq və ötürmələr qutusu nisbətini təkmilləşdirmək üçün işləyib.
M-Sport komandasının rəhbəri Riçard Millener Autosport-a verdiyi açıqlamada bunları deyib: “Bu il çətin keçəcək və nəyi qazana biləcəyimiz barədə realist olmalıyıq. Hədəfimiz çempionatda qalmaq idi. Bu bizim üçün vacib idi və daha əvvəlkindən çətin oldu.
Adrieni itirmək bizim üçün böyük zərbə idi, amam buna öyrəşməliyik. Hədəfimiz yarışdırmaq üçün iki sürücü tapmaq idi. Qrequarı komandada saxlayaraq onun inkişafını hədəfləyirdik. Buna görə də onunla ikinci mövsümə başlamaq əladır.
O, komandanın bir nömrəli sürücüsü olduğu üçün üzərindəki təzyiq də artacaq, amma bu təzyiq komanda daxilindən yox, kənardan gələcək. Onun keçənilki kimi mübarizə aparmasını gözləyirik. Coş üçün çətin mövsüm olacaq və buna görə diqqətli davranmalıdır.
Digər iki komandaya meydan oxumağa çalışsaq, gülməli görünərik. Əlimizdəki sürücülərlə maksimum nəticə qazanmağa çalışacağıq.
Ancaq iki sürücüyə və mövsümü tamamlamaq üçün komandaya sahib olduğumuz üçün çox sevincliyəm. İnsanlar bunu anlamırlar – ya gənc və təcrübəsiz bir komandamız olacaqdı ya da heç bir komanda olmayacaqdı. Öz işimizlə məşğul olacağıq və görək nə olur”.
M-Sport-un rəqibləri Toyota və Hyundai isə 2024-cü rəng çalarlarını bu il də istifadə edəcəklər.
Toyota keçənilki qara rənglə yarışacaq və paleti yaxşılaşdırmaq üçün ötürmələr qutusu nisbətlərini nəzərdən keçirəcək.
Hyundai komandası isə səma mavisi və narıncı rəng çalarına sadiq qalıb və mövsümə 2024-cü ilin modifikasiya olunmamış maşını ilə başlayacaq. Komanda uzun müddətdir gözlənilən yeni maşını isə gələn ay İsveç Rallisində təqdim edəcək.
Qeyd edək ki, WRC üzrə 2025-ci il mövsümü bu həftəsonu başlayacaq.
Şərh əlavə et