Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls fərqli strategiya seçib

Racing Bulls komandası 2025-ci ildə Formula 1 mövsümünə hazırlaşmaq üçün test proqramı tərtib edib.

Kokpit.az bildirir ki, komandanın sürücüləri Yuki Tsunoda və Ayzek Həcər gələn həftənin ikinci günündən başlayaraq İtaliyanın İmola trasında üçgünlük test edəcəklər.

Bu testlərdə komandanın 2023-cü ildə istifadə etdiyi AlphaTauri A4 bolidini sürəcəklər. Bu test FİA-nın Köhnə Maşınlarla Test (TPC) proqramı çərçivəsində reallaşacaq. Bu proqrama görə hər sürücü mövsüm ərzində maksimum 1000 kilometr məsafə qət edə bilər.

Racing Bulls komandası bolidin təqtimatında da fərqli strategiya seçəcək. Ənənəvi təqdimat olmayacaq. Əvəzində yeni RB02 (yeni ad böyük ehtimalla belə olacaq) bolidi ilə ilk dəfə fevralın 17-də İmolada trasa çıxacaqlar.

Lakin bu testdə maşın kamufile edilmiş halda ya da karbon fiber rəng çaları ilə çıxış edəcək. Komandanın yeni mövsüm üçün hazırladığı rəng çalarını isə fevralın 18-də Londondakı böyük təqdimat tədbirində görəcəyik.

Racing Bulls komandasının yeni maşınını tam olaraq fevralın 26-da başlayacaq mövsümöncəsi qış testlərində görmək mümkün olacaq.

Rauf Hacıyev

Şərh əlavə et