Xəbəri Kokpitdə Oxuyun!

Nürburqrinq təqvimə qayıtmayacaq

Niko Hülkenberq bu ildən Sauber-də yarışacaq, o Sauber ki, gələn ildən etibarən Audi-nin zavod komandası olacaq. Almanların F1-ə maraq göstərməsi üçün səbəblər artır. Digər tərəfdən, ölkənin bir neçə məşhur trası olsa da, çoxdandır ki, təqvimdə yer almırlar.

Sonuncu dəfə Almaniya traslarına Formula 1 yarışı 2020-ci ilin oktyabrında keçirilib. Ancaq bu, pandemiya şəraitində təqvimin tamamilə dəyişdirilib yenidən hazırlanması zamanı baş vermişdi. Eyni zamanda, görünən odur ki, baxmayaraq ki, cəmi bir ay əvvəl orada genişmiqyaslı yenidənqurma işləri başlayəb, Formula1 yaxın gələcəkdə Nürburqrinqə qayıda bilməyəcək. Üstəlik, keçən həftə Spa trası ilə 2030-cu ilə qədər dünya çempionatını qəbul etməsi üçün müqavilə imzalanıb, lakin bu, digər Avropa trasları ilə rotasiyalı şəkildə olacaq.

Görünür ki, bu, Nürburqrinqə şans verir, lakin tras rəhbərliyinin rəsmi nümayəndəsi Aleksandr Gerhard Sky Deutschland telekanalında bildirib ki, hətta bu şərtlər altında Formula 1 yarışını keçirməyi planlaşdırmırlar. Əsas problem odur ki, layihə qaçılmaz olaraq rentabelsiz olacaq və trekin sahibi olan Nürburgring 1927 GmbH & Co. şirkəti bunu ödəyə bilməz. Hər şeydən əvvəl, Qran Priyə ev sahibliyi edən bütün traslar kimi, Dünya Çempionatının bir mərhələsinə ev sahibliyi etmək hüququ üçün FOM-a pul ödəmək zərurəti də var.

Aleksandr Gerhard: “Bu səbəblərə görə, bu formada belə bir plan özəl şirkət olaraq bizim üçün iqtisadi məna kəsb etmir. Çempionatın təşkilatçıları ilə son danışıqlardan bir ildən çox vaxt keçib və o vaxtdan bəri danışıqları bərpa etmək üçün başqa cəhdlər olmayıb”.

Bununla belə, Almaniya Qran Prisinin gec-tez təqvimə geri dönəcəyinə ümid işığı hələ də var. Hokkenhaym trası keçən ilin yayından bəri onu modernləşdirən və təxminən 250 milyon avro investisiya etmək niyyətində olan Emodrom Group tərəfindən yeni investorlara qovuşub.

2024-cü ilin avqust ayında Emodrom Group-un idarəedici direktoru Tim Brauerin sözlərini xatırlatmaq yerinə düşər: “Biz maliyyə qərarları baxımından çılğın bir şey etmək fikrində deyilik, lakin Formula 1-i Almaniyaya geri qaytarmağın yollarını tapmağa çalışırıq”.

Elçin Zodorov

Şərh əlavə et