Xəbəri Kokpitdə Oxuyun!

Haas asılqan dizaynını dəyişməyəcək

Haas komandası hazırkı texniki reqlamentin son mövsümündə Ferrari-nin ön asılqan dizaynından istifadə etməyəcək.

Kokpit.az bildirir ki, amerikan komandası 2025-ci ildə VF-24-də istifadə etdikləri push-rod (itələmə çubuğu) asılqan sisteminə saduq qalacaq.

Lakin Haas bolidin digər hissələrində Ferrari komandasının 2025-ci il maşınından ilhamlanacaq. Xüsusən də maşının daha uzun şassiyə və daha qısa ötürmələr qutusu dizaynına sahib olması gözlənilir. Bu da onu göstərir ki, amerikanlar bolidin arxa tərəfi üçün Ferrari-dən ilham alıblar.

Haas komandasının texniki direktoru Andrea de Zordo düşünür ki, Ferrari-nin istifadə etdiyi pull-rod (çəkmə çubuğu) asılqan sisteminə keçmək düzgün olmaz. Bunun yerinə hazırkı push-rod sistemində qalmağı seçib. Bu qərarın əsas səbəbi indiki sistemin 2024-cü ildə yaxşı nəticələr verməsidir.

2026-cı ildəki yeni texniki reqlamentlə bolidlərin daha çevik olması gözlənilir. Buna görə də Haas komandası gələcəyi müəmmalı olan asılqan sisteminə yatırım etmək istəməyib. Haas kimi azbüdcəli komanda üçün bu qərar daha məntiqldir. Amerikanlar bütün qaynaqlarını və büdcələrini 2026-cı il maşınına yatırmaq istəyirlər.

Bəziləri düşünə bilər ki, Haas-ın yeni maşını keçənilki maşının inkişaf etmiş versiyası ola bilər. Ancaq bu yanıldıcı fikirdir, çünki Haas yeni maşınını Ferrari-nin inkişaf fəlsəfəsinə uyğunlaşdırmalıdır. Buna görə də FİA-nın müəyyən etdiyi ağırlıq paylaşımını tutmaq üçün dizaynda yeniliklər etməli olacaq.

Bolidin gövdəsi tamamilə yenilənəcək və kokpitin ön tərəfi karbon detal ilə uzadılacaq. Bunun hesabına ön təkərlər ilə hava girişləri arasındakı məsafə artacaq. Bu dəyişiklik hesabına bolidin hava axımı yaxşılaşacaq və türbülansın bolidin altlığına və arxa tərəfinə zərər verməsi aradan qaldırılacaq.

FİA-nın müəyyən etdiyi 3600 mm təkər bazasına çatmaq üçün Haas komandası ötürmələr qutusunu kiçildəcək. Bu ötürmələr qutusu eyni zamanda yeni arxa asılqan sistemini də özünə birləşdirəcək.

Haas komandasının texniki mərkəzi Ferrari-nin simulyatorunun yerləşdiyi Maranellodadır. Bolidin şassisi isə Dallara tərəfindən hazırlanır. Bundan başqa Haas bəzi detalların istehsalatını Toyota və Britaniya şirkəti ilə birgə edir.

Rauf Hacıyev

Şərh əlavə et