Kokpit.az xatırladır ki, Audi isveçrəli Formula 1 komandasını satın alaraq, 2026-cı ildə Formula 1-ə gələcək. Lakin bu satınalmanın 2026-cı ildən əvvəl olacağı məlum idi. Bu proses nəhayət ki, keçən həftə başa çatıb.
Komandanln mətbuat katibi Auto Motor und Sport nəşrinə xəbər verib ki, Audi AG artıq Sauber Holding AG-nin satınalma prosesini tamamlayıb. Beləliklə, Audi 2025-ci ilin əvvəlində Formula 1 yolunda vacib addım atıb.
Xatırladaq ki, Audi bir müddət əvvəl komandanın bir hissəsini Qətər fonduna satmışdı. Müqaviləyə görə komandanın 30 faizi ərəblərə satılıb.
Onu da qeyd edək ki, Sauber komandasının təmsilçisi Alessandro Alunni Bravi artıq vəzifəsindən gedib və onu Conatan Vitli əvəz edəcək.
Şərh əlavə et