Kokpit.az bildirir ki, Qari Qennon 2024-cü il mövsümündən sonra Haas komandasından ayrılmışdı.
Britaniyalı mütəxəssis daha əvvəl Mik Şumaxerin yarış mühəndisi olmuşdu. O, həm də 2015-2020-ci illərdə Roman Qrojanla da işləmişdi.
Britaniya mətbuatı xəbər verir ki, onun Aston Martindəki işi hələ məlum deyil.
2024-cü ildə Ləns Strollun yarış Mühəndisi Ben Mişel idi və onlar 2021-ci ildən bir yerdə işləyirlər. Alonsonun yarış mühəndisi isə Kris Kronindir. Kronin daha əvvəl Sebastyan Fettel və Serxio Pereslə işləyib.
Qari Qennon daha ABŞ-da CART və Amerik Le Man Seriyalarında 10 il işləyib. Onun vəzifəsi Hondanın təkmilləşdirmə mühəndisi olub. Daha sonra isə Marussia və Haas komandalarında çalışıb.
Şərh əlavə et