Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Kortniyə icazə verməyib

Red Bull Racing komandasının komanda körpüsündə dəyişiklik gözlənilirdi, amma bu tezliklə reallaşmayacaq.

Kokpit.az xatırladır ki, McLaren komandası 2024-cü ilin sentyabr ayında Red Bull-un baş strateqi Vill Kortnini transfer etmiş və onu idman direktoru vəzifəsinə gətirəcəklərini bildirmişdi.

Ancaq Kortninin Red Bull komandası ilə 2026-cı ilin ortasına qədər müqaviləsi var. McLaren Kortninin müqaviləsini tez ləğv etmək üçün Red Bull ilə razılaşmağı planlaşdırırdı. Bununla da Kortni bu il yeni işinə başlaya biləcəkdi. Lakin bu reallaşmayıb. Britaniyalı mütəxəssis 2025-ci ildə də Red Bull-da baş strateq kimi işləyəcək və Hanna Şmits ilə birlikdə strateji qərarlar verəcək.

Kortni McLaren-ə keçdikdən sonra onun yerini Hanna Şmits alacaqdı. Lakin o, hazırda öz vəzifəsində qalacaq.

McLaren isə Kortnini transfer edə bilmədiyi üçün komandanın idarə heyətində dəyişiklik etməyə məcbur qalıb. McLaren-in veteran yarış strateqi Oli Kartlic Yarış Strateqi və Strategiya Əməliyyatlarının Rəhbəri olub.

Rauf Hacıyev

Şərh əlavə et