Mercedes komandası son illərdə yeni Formula 1 bolidini İngiltərədəki əfsanəvi Silverstoun trasında təqdim edirdi. Həmin gün səhər saatlarında pilotlar və komandanın rəhbəri Toto Volff maşının örtüyünü çıxarır və mətbuat nümayəndələrinin suallarını cavablandırırdılar. Daha sonra həmin gün avtomobil ilk dəfə işə salınırdı. Lakin Mercedes bu il bu ənənəni pozmağa qərar verib.
Bu il komanda yalnız yeni bolidin rəng çalarını nümayiş etdirəcək. Gümüşü və qaradan ibarət olan xüsusi rəng çaları fevralın 18-də Londonda keçiriləcək möhtəşəm tədbirdə təqdim olunacaq. Ancaq bu tədbirdə avtomobilin yalnız xarici görünüşü nümayiş etdiriləcək və W16 modeli fiziki olaraq orada olmayacaq.
Yeni avtomobil ilk dəfə fevralın 25-də Bəhreyndəki çəkiliş günündə görünəcək. Növbəti gün isə üçgünlük mövsümöncəsi testlər başlamazdan əvvəl komandanın bokslarının qarşısında mətbuat üçün fotosessiya keçiriləcək.
Şərh əlavə et