Kokpit.az bildirir ki, bu tərəfdaşlıqla bankın loqotipləri təkcə Ferrari bolidlərinin üzərində olmayacaq. Tərəflər çoxyönlü ortaqlıq quracaqlar.
İki şirkətin İdarə Heyətlərinin Rəhbərləri Benedetto Vinya (Ferrari) və Andrea Orsel (UniCredit) bildiriblər ki, onlar arasındakı danışıqlar 2021-ci ildə başlayıb və aralarındakı şəxsi münasibətə görə təkmilləşib. Müqavilənin müddəti 3 ya da 4 illikdir.
Yeni tərəfdaşlığı qeyd etmək üçün mart ayının əvvəlində Milanda böyük tədbir təşkil ediləcək. Vinya və Orsel bu barədə ətraflı danışmayıb, ancaq gözəl tədbir planlaşdırdıqlarını deyiblər.
Bəzi şayiələrə görə Milanın küçələrində şou yürüyüşü olacaq.
Andrea Orsel: “Tərəfdaşlığımız ancaq loqotiplərimizin maşın üzərində olması ilə məhdudlaşmayacaq. Daha artığı olacaq. Birlikdə fərqli layihələr reallaşdıracağıq”.
Yeni müqavilədən sonra UniCredit-in loqotipləri Ferrari-nin bolidində, sürücülərin və komanda işçilərinin geyimlərində, kombinezonlarda olacaq. Müqavilənin maliyyə tərəfləri açıqlanmayıb, ancaq böyükməbləğli olması güman edilir.
Şərh əlavə et