Kokpit.az bildirir ki, Ferrari komandası yeni mövsümə hazırlaşmaq üçün hərtərəfli test proqramı təşkil etməyi planlaşdırır. Lyuis Həmilton “qırmızılar”ın heyətinə keçdikdən sonra ilk dəfə Ferrari-nin sükanı arxasına keçəcək.
Həmilton yanvarın 21-22-də Ferrari-nin 2022-ci il maşını F1-75 ilə trasa çıxacaq. İtaliya mətbuatının xəbərinə görə testdə britaniyalı sürücü tək olmayacaq. Ayın 22-də Şarl Lekler də sükan arxasına keçəcək.
Ferrari Fyoranodan sonra Barselonada da üçgünlük test etməyi planlaşdırır. İtalyanlar bu tədbirdə də iki pilotla işləməyi hədəfləyirlər. Bu testlər Lyuis Həmiltonun yenu komandasına öyrəşməsi üçün çox vacibdir.
Şərh əlavə et