Xəbəri Kokpitdə Oxuyun!

Aprilia yeni motosikletini təqdim edib

MotoGP üzrə 2024-cü il mövsümünün Çempionu Xorxe Martin Aprilia motosikletilərinin təqdimatında bu il yarışacağı nömrəni açıqlayıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il son yarışa qədər davam edən çempionluq uğrunda mübarizədə Françesko Banyayanı məğlub edərək, Dünya Çempionu olmuşdu. Buna görə də o, bu il 1 nömrə ilə yarışmağa qərar verib.

Martin bu qərarını bu gün Aprilia motosikletlərinin təqdimatında açıqlayıb. 26 yaşlı sürücü daha əvvəl 1 nömrə ilə həmişə yarışdığı 89 nömrə arasında qərarsız qalmışdı. Lakin, sonuncu Dünya Çempionu nəhayət ki, 1 nömrəni seçəcəyinə qərar verib.

Xorxe Martin keçən il Pramac ilə Dünya Çempionu olsa da, onun 1 nömrəni seçməsi Aprilia üçün daha faydalı olacaq.

Aprilia komandası isə peyk komandaları Trackhouse-un təqdimatından iki gün sonra 2025-ci ildə sürəcəkləri RS-GP-ni təqdim edib. İtalyan təmsilçisi bu mövsüm əzəli rəqibləri Ducati-dən iki sürücü transfer edib – Xorxe Martin və Marko Bezzekki.

Aprilia Racing-in rəhbəri Massimo Rivola: “2025-ci Aprilia Racing üçün yeni dövrün başlanması deməkdir. Hədəfimiz yalnız baş rolda olmaqdır. Hər yarışda rəqabətədavamlı olmaq istəyirik. Xorxe Martin və Marko Bezzekki kimi motivasiyalı sürücülərlə yaxşı işlər görə bilərik.

RS-GP25-in böyük potensialı var. Bizim əsas vəzifəmiz bu yüksək potensialı 22 yarışda ən yaxşı formada istifadə etmək olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et