Xəbəri Kokpitdə Oxuyun!

Antonelli kamufile olunmuş maşınla test edib

Mercedes komandası gənc istedadı Kimi Andrea Antonelli ilə Xeresdə test edir, amma bolid kamufile olunmuş şəkildə trasa çıxarılıb.

Brekli mərkəzli komanda, Lyuis Həmiltonun 2020-ci ildə çempionluq qazandığı W11 bolidini Xeresdə test üçün trasa çıxarıb.

Bununla belə, bu bolid diqqəti cəlb edən şəkildə kamuflyaj sarğı ilə örtülüb. Bunun səbəbi kifayət qədər sadədir: Mercedes yeni mövsümdə xüsusi rəng çaları ilə mübarizə aparacaq. Yeni W15-də qara rəngin üstünlük təşkil etməsi gözlənilir. Bu qərarın arxasında avtomobilin çəkisini azaltmaq istəyi və Lyuis Həmiltonun başlatdığı azlıqlara dəstək mesajını davam etdirmək məqsədi dayanır.

Bu dəyişiklikdə komandaya bir neçə yeni sponsorun qoşulmasının da təsiri olduğu bildirilir. Gənc pilot Antonelli Formula 1 karyerasında mühüm addım ataraq Mercedes-in sükanı arxasına keçib. Lakin onun idarə etdiyi W11 avtomobili ən son texniki reqlamentə uyğun olmadığı üçün “TPC” (Test Previous Cars) – Əvvəlki Maşınlarla Test – kateqoriyasına düşmür. FIA-nın bu il tətbiq etdiyi məhdudiyyətlərə əsasən, köhnə avtomobillərlə aparılan sınaqlarda yürüş məhdudiyyəti yoxdur. Bu da Antonelliyə dörd gün ərzində maksimum 1000 kilometr həddini keçmədən sərbəst hərəkət etmək şansı verir. Bu test həm də komandadakı mühəndislər və mexaniklərə uyğunlaşmaq üçün Antonelliyə əla fürsət olub.

Uzun illərdir ki, Lyuis Həmiltonun yarış mühəndisi olan və trasda ona istiqamət verən, hər kəsin “Bono” kimi tanıdığı Piter Bonninqton bu mövsüm Antonelli ilə çalışacaq. Bonninqton Hamiltonla birlikdə Ferrari-yə keçmək təklifini rədd etmiş və 18 yaşlı Antonellinin Mercedes-də inkişafına dəstək verməyi seçmişdi. Bu test prosesi gənc pilotun həm bolidə öyrəşməsi, həm də komandası ilə güclü ünsiyyət qurması baxımından böyük əhəmiyyət kəsb edir.

Rauf Hacıyev

Şərh əlavə et