Xəbəri Kokpitdə Oxuyun!

Həmiltonun Ferrari macərası ayın 20-də başlayacaq

Formula 1-in canlı əfsanəsi Lyuis Həmilton yeni komandası Ferrari ilə yanvarın 20-də trasa çıxacaq.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu bu il Ferrari komandasına qatılmaqla əksər Formula 1 fanatının yuxusunu reallaşdırıb.

Britaniya mətbuatının verdiyi xəbərə görə Lyuis Həmilton yanvarın 20-də ilk dəfə Ferrari-nin simulyatorunda işləyəcək. Yanvarın 22-də isə Fyorano trasında ilk dəfə Ferrari F1-75-in sükanı arxasına keçəcək. Bu test britaniyalı pilotun mühəndislərə uyğunlaşması üçün çox vacibdir.

Xatırladaq ki, Lyuis Həmiltonun yarış mühəndisi Rikkardo Adami olacaq. Həmiltonun Ferrari-dəki ilk testi həm azarkeşlər, həm də Maranello üçün yeni bir başlanğıcdır.

Qeyd edək ki, 2025-ci il mövsümündən etibarən komandalar əvvəlki illərdəki maşınlarla testlərdə yalnız bir maşından istifadə edə bilər. Test günü səhər saat 9-dan başlayır və axşam 19:00-a qədər davam edir. Bundan başqa komandalar il ərzində 20 test günü təşkil edə bilərlər və bu testlərdə maksimum 1000 kilometr məsafə qət etmək haqları var. Bu limit yalnız 2021, 2022 və 2023-cü illərin bolidlərinə aiddir.

Rauf Hacıyev

Şərh əlavə et