Kokpit.az bildirir ki, test 15-16 yanvarda Haas-ın 2023-cü il bolidi VF-23 ilə reallaşacaq.
Sükan arxasına 3 fərqli pilot keçəcək. Haas-ın yeni transferləri Oliver Berman, Esteban Okon və Toyota-nın dəstəklədiyi gənc sürücü Ritomo Miyata. Bu Miyatanın ilk Formula 1 təcrübəsi olacaq.
Test günləri səhər saat 9-da başlayacaq və axşam 7-də sona çatacaq. Komanda bu ikigünlük testdə sadəcə 1 maşından istifadə edə biləcək.
Qeyd edək ki, komandalar bu il köhnə bolidlərlə maksimum 20 gün test edə bilərlər. Bu testlərdə komandalar yarış sürücülərini ya da gələcəkdə heyətlərinə qatacaqları sürücüləri trasa çıxarsalar, 1000 kilometr yol qət edə biləcəklər. Bu testlər Haas üçün həm heyəti, həm də yeni sürücüləri dəyərləndirmək üçün yaxşı fürsətdir. Xüsusəm də Okonun maşına uyğunlaşması üçün çox vacibdir.
Şərh əlavə et